Dağüstü 1 qəbiristanlığında abadlıq-təmizlik işləri davam etdirilir

Dağüstü 1 qəbiristanlığında abadlıq-təmizlik işləri davam etdirilir

1 Aprel 2024, 16:23 Görülən işlər

Dağüstü 1 qəbiristanlığında abadlıq-təmizlik işləri davam etdirilir



Dağüstü 1 qəbiristanlığında abadlıq-təmizlik işləri davam etdirilir


Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi,Mətbuat prospekti və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən “Dağüstü 1 qəbiristanlığı”nda qarşıdan gələn faşizm üzərində qələbənin 79 ildönümü münasibətilə Böyük Vətən Müharibəsi zamanı 1941-1945 –ci illərdə həlak olanların dəfn olunduğu qardaşlıq məzarlığında abadlıq işlərinə başlanılmışdır.Qəbir daşları təmir edilir,Yaşıllışdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə birlikdə genişmiqyaslı təmizlik işləri aparılır, yaşıl ağaclar budanır,köküstə quru vəziyyətdə olan ağaclar götürülür.Məzarlıq alaq otlarından təmizlənır və xüsusi texnika vasitəsilə daşınır. Hal-hazırda da abadlıq işləri davam etdirilir.