“Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

9 Dekabr 2023, 17:23 Görülən işlər

“Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib



“Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib


Azərbaycanda geniş qeyd edilən “Heydər Əliyev ili” çərçivəsində Yasamal rayonunda keçirilən müxtəlif tədbir və aksiyalar davam edir. Bununla əlaqədar bu gün Yasamal rayonunun ictimaiyyəti ağacəkmə aksiyası keçirib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, yerli idarə, təşkilat və şirkət təmsilçiləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.Aksiya Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “TABİA GROUP” MMC-nin dəstəyi ilə baş tutub. Ağacəkmə aksiyası MİDA yaşayış kompleksinin ərazisində keçirilib. Aksiya zamanı giparis, Eldar şamı, zeytun və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib,taxta dirəklərlə möhkəmləndirilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.