Yasamal bələdiyyəsi tərəfindən abadlıq işləri davam etdirilir

Yasamal bələdiyyəsi tərəfindən abadlıq işləri davam etdirilir

6 Mart 2024, 14:34 Görülən işlər

Yasamal bələdiyyəsi tərəfindən abadlıq işləri davam etdirilir



Yasamal bələdiyyəsi tərəfindən abadlıq işləri davam etdirilir


Bu gün Yasamal Bələdiyyəsinin təşəbbüsü ilə Parlament prospekti 500, bina 4a ünvanında daha bir abadlaşdılmış həyət sakinlərin istifadəsinə verilib.Yenilənmiş həyət yüzlərlə sakinin yaşadığı çoxmərtəbəli binanı əhatə edir.Layihənin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün rahat yaşam şəraitinin yaradılmasıdır. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, burada şam və müxtəlif növ digər ağaclar və kollar əkilib, ərazidə yaşıllıq zolağı salınıb. Abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə söhbətgah, çoxsaylı oturacaqlar, məişət tullantıları üçün qutular quraşdırılıb. Belə layihələr mütəmadi olaraq rayon ərazisində Bələdiyyə tərəfindən davam etdiriləcəkdir.