Yasamal bələdiyyəsi daha bir şəhidin xatirəsini ədəbiləşdirib

Yasamal bələdiyyəsi daha bir şəhidin xatirəsini ədəbiləşdirib

2 Fevral 2024, 15:40 Görülən işlər

Yasamal bələdiyyəsi daha bir şəhidin xatirəsini ədəbiləşdirib



Yasamal bələdiyyəsi daha bir şəhidin xatirəsini ədəbiləşdirib


Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılğı ilə 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri Fərid Mehman oğlu Məmmədovun təhsil aldığı Şuşa Humanitar kollecinin binasına barelyefi vurulmuşdur. 2019-cu il iyul ayının 5-də hərbi xidmətə yollanan Azərbaycan Ordusunun əsgəri olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 04.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhid olub. Şəhid Məmmədov Fərid Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, .“Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunub. Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 1-ci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər Qeyd edək ki, şəhidlərin əziz xatirəsini əziz tutaraq rayon sakini olmuş 34 şəhidn barelyefi Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılğı ilə vurulmuşdur.