Yasamal bələdiyyəsi və məktəblilər ağacəkmə aksiyası keçirdi

Yasamal bələdiyyəsi və məktəblilər ağacəkmə aksiyası keçirdi

7 Aprel 2023, 23:10 Görülən işlər

Yasamal bələdiyyəsi və məktəblilər ağacəkmə aksiyası keçirdi



Yasamal bələdiyyəsi və məktəblilər ağacəkmə aksiyası keçirdi

Azərbaycanda geniş qeyd edilən "Heydər Əliyev ili" çərçivəsində Yasamal rayonunda müxtəlif tədbir və aksiyalar davam edir. Bununla əlaqədar Yasamal bələdiyyəsi tərəfindən ağacəkmə aksiyası keçirib. Aksiya rayondakı 52 və 161 saylı tam orta məktəblərin ərazisində baş tutub. Eyni zamanda şagirdlər arası yarışmalar keçirilib. Qalib şagirdlər Yasamal Bələdiyyəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, məktəblərin rəhbər heyəti, müəllim kollektivi və şagirdlər fəal iştirak ediblər.

Aksiya zamani giparis, Eldar şamı və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.