Yasamal rayonunda “Heydər Əliyev ili” çərçivəsində agacəkmə aksiyası keçirilib

Yasamal rayonunda “Heydər Əliyev ili” çərçivəsində agacəkmə aksiyası keçirilib

5 Aprel 2023, 23:26 Görülən işlər

Yasamal rayonunda “Heydər Əliyev ili” çərçivəsində agacəkmə aksiyası keçirilib



Yasamal rayonunda “Heydər Əliyev ili” çərçivəsində agacəkmə aksiyası keçirilib

       Azərbaycanda geniş qeyd edilən "Heydər Əliyev ili” çərçivəsində Yasamal rayonunda müxtəlif tədbir və aksiyalar keçirilir. Bununla əlaqədar Yasamal rayonunun ictimaiyyəti daha bir agacəkmə aksiyası keçirib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,millət vəkili Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, yerli idarə və təşkilat təmsilçiləri iştirak ediblər.

       Agacəkmə aksiyası Mətbuat prospekti boyunca keçirilib. Aksiya zamanı giparis, Eldar şamı və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib,taxta dirəklərlə möhkəmləndirilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.