Rizvan Mahmudov: “Yasamal Bələdiyyəsi tərəfindən əməkdar artistin məzarı tam bərpa olunub”

Rizvan Mahmudov: “Yasamal Bələdiyyəsi tərəfindən əməkdar artistin məzarı tam bərpa olunub”

11 Dekabr 2023, 17:29 Görülən işlər

Rizvan Mahmudov: “Yasamal Bələdiyyəsi tərəfindən əməkdar artistin məzarı tam bərpa olunub”



Rizvan Mahmudov: “Yasamal Bələdiyyəsi tərəfindən əməkdar artistin məzarı tam bərpa olunub”


“Əməkdar artist Nəcibə Behbudovanın Yasamal qəbirstanlığında olan məzarı Yasamal Bələdiyyəsinin təşəbbüsü ilə bərpa edilib”- bu barədə məlumatı bələdiyyənin şöbə müdiri Rizvan Mahmudov verib. Bərpa zamanı məzarın ətrafında da səliqə səhman yaradılıb. Qeyd edək ki, qəbir güclü külək nəticəsində bir həftə əvvəl dağılmışdı. Şöbə müdiri bildirib ki, “son günlər güclü külək oldu, görünür, daşın da keyfiyyəti aşağı olub. Güclü külək nəticəsində daş aşıb. Həmin ərazidə köhnə qəbirlər çoxdur. İlk dəfədir ki, baş daşı aşıb. Bu da daşın zəif olmasından irəli gəlir” Qeyd edək ki, əməkdar artist Nəcibə Behbudova 1999-cu il dekabrın yeddisində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. Aktrisa dünyaşöhrətli müğənni Rəşid Behbudovun bacısıdır. O, “Bəyin oğurlanması”, “Fəryad”, “Qarabağ şikəstəsi”, “Təxribat” və “Ulduz” kimi bir çox filmlərdə rol alıb.