31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirildi

31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirildi

28 Dekabr 2023, 17:00 Tədbirlər

31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirildi



31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi  günü və Yeni il münasibətilə tədbir keçirildi


Yasamal bələdiyyəsində Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Yasamal Bələdiyyəsinin nümayəndələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.Tədbiri giriş sözü ilə bələdiyyənin sədri Tahir Məmmədov açaraq qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib və bayramlarını təbrik edib. Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir İsmiyev Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elşad Həsənovun adından 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib.Tədbirdə çıxış edən qazilər dövlətimiz tərəfindən daim diqqət mərkəzində olduqlarını qeyd edərək, onlara göstərilən sosial dəstəyə, diqqət, qayğıya görə Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal bələdiyyəsinə öz minnətdarlıqlarını bildiriblər. Sonda 100 nəfər Vətən Müharibəsi iştirakçısına bayram sovqatı paylandı.