Yasamal Bələdiyyəsi 2022-ci il üçün hesabat verdi

Yasamal Bələdiyyəsi 2022-ci il üçün hesabat verdi

10 Yanvar 2023, 16:00 Tədbirlər

Yasamal Bələdiyyəsi 2022-ci il üçün hesabat verdi



Yasamal Bələdiyyəsi 2022-ci il üçün hesabat verdi

Yasamal Bələdiyyəsinin 2022-ci il ərzində gördüyü işlər barədə Bələdiyyənin sədri Tahir Məmmədov geniş çıxış edərək bildirdi ki, Bələdiyyənin 26 iclası keçirilmiş və iclaslarda rayonun yerli əhəmiyyətli problemlərinin həlli üzrə 187 məsələyə baxılmış, hər bir məsələnin icrası təmin edilmişdir.Bələdiyyəyə rayon sakinlərindən və ayrı ayrı təşkilatlardan ümumilikdə 725 ərizə və müraciətlər daxil olmuş,tərəfimizdən 1887 ünvana cavab və sorğular göndərilmişdir. Yasamal Bələdiyyəsi "Bir Bələdiyyə - azı bir lahiyə” çərçivəsində yerli aşağıdakı işləri görmüşdür.

Məhəllə daxili yolların və yaşayış məhəllələrinin abadlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq rayonun müxtəlif ünvanlarında məhəllədaxili yolların və həyətlərin təmiri həyata keçirilmişdir.

Yasamal Bələdiyyəsi mütəmadi olaraq sosial-humanitar tədədbirlər həyata kecirir, sosial qayğıya ehtiyacı olan sakinlər həmişə diqqət mərkəzində saxlaylr, onları narahat edən problemlərin həlli istiqamətində əməli işlər görülür.

"20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyərti ilə birgə "20 Yanvar” şəhid ailələrinə və əlillərinə ümumilikdə 90 nəfərə ərzaq yardımı paylanmışdir.

Fevral ayında ”Xocalı” faciəsinin ildönümü ilə əlaqədar 50 nəfərə Xocalı şəhid ailələrinə ərzaq yardımı paylanmışdir.

Rayon ərazisində yaşayan şəhid, əlil və imkansız ümumilikdə 38 ailədən olan 78 uşaq üçün məktəbli formasının və məktəb ləvazimatlarının alınmasına maddi yardım gösrərilmişdir.

Daxil olan müraciətlər əsasında 106 nəfərə maddi yardım göstərilmişdir.Müsbət nəticələr, əsasən Bələdiyyə büdcəsinin formalaşdırılması üçün vergi və ödənişlərin vaxtı-vaxtında yerli büdcəyə ödənilməsinin təmin edilməsində əldə edilmişdir. Vergi ödəyicilərinin sayı əvvəlki illərə nisbətən artmışdır.

Rayon ərazisində yaşayan müharibə veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə rayon Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai birliyinə hər ay maddi yardım göstərilmişdir.

I Qarabağ müharibəsi şəhidi İsgəndərov Əşrəf Ramiz oğlunun anası Axundova Məryəm Yusup qızı Bələdiyyə tərəfindən himayəyə götürülmuşdür.Mütəmadi olaraq dərman preparatları və ərzaq məhsulları ilə təmin olunur.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə birlikdə Yasamal Bələdiyyəsi rayonun Mətbuat prospektində,Əsəd Əhmədov küçəsində,99 ədəd müxtəlif növ ağacəkmə aksiyası keçirilmişdir.

Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparılmış,habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilmiş və eyni zamanda rayon ərazisində qurumuş ağaclar yenisiylə əvəz olunmuşdur.

"Qurban” bayramı münasibətilə rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, aztəminatlı ailələrə, tənha şəxslərə və əlillərə ümumilikdə 2800 nəfərin hər birinə çəkisi 2 kq. olmaqla ümumilikdə 5600 kq. ət paylanmışdır.

Məhəllə komitələrinin sədrləri hər zaman bələdiyyə tərəfindən aparılan təşkilatı işlərdə yaxından köməkliklər göstəriblər. Əhalinin maarifləndirilməsində daima bələdiyyəyə yardımçı olublar. Eyni zamanda əmlak vergisinin ödənilməsinə,ərazilərin təmiz saxlanılmasına nəzarət edirlər və bu barədə daima Bələdiyyəni məlumatlandırırlar.Azərbaycan vətəndaş Cəmiyyətinin İnkişafında, gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanması və bələdiyyə vətəndaş vəhdətinin möhkəmlənməsi istiqamətində aktiv fəaliyyətlərinə görə 26 məhəllə komitələrinin sədrləri Yasamal bələdiyyəsinin Fəxri fərmanı ilə təltif ediliblər.

Vətən Müharibəsində şəhid olan Yasamal sakinlərinin doğum və anım günlərində məzarları ziyarət olunmuş ,ehsan süfrələri açılmışdır.Mütəmadi olaraq şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları ziyarət olunmuş, onlara ərzaq və maddi yardım verilmiş, 3 Vətən müharibəsi iştirakçısının evi təmir olunmuşdur. Şəhid ailələrinin yaşadıqları ünvanlarda abadlıq işləri aparılmış,söhbətgahlar qoyulmuş və xatirə bulağı inşa edilmişdir.

8 noyabr Zəfər bayramı münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü,Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələrinin və qazilərin eləcədə Mədəniyyət Nazirliyinin əməkdaşlarının iştirakı ilə "Yaşıl mədəniyyət” devizi altında ağacəkmə aksiyası keçirilmişdir. Bu cür aksiyalar Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq davam etdirilir.

31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə rayonun Parlament prospekti 44 ünvanında Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrasının təmin etmək məqsədilə Yasamal Bələdiyyəsinin elektron saytı və elektron ünvanı yaradılmış, müasir İKT-nin bütün imkanlarından istifadə edərək fasiləsiz internetlə təmin olunmuş, elektron vergi sistemi yaradilaraq bələdiyyənin vahid informasiya bazası formalaşdırılmışdır. Bələdiyyənin fəaliyyətini özündə əks etdirən hesabatlar, keçirlən tədbirlər barədə məlumatlar bələdiyyənin saytında yerləşdirilərək əhalinin bələdiyyənin fəaliyyəti barədə məlumat almaq və onlardan elektron müraciətlərin qəbulu üçün müvafiq şərait yaradılmışdır.