Heydər Əliyev ili çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında "Nə? Harada? Nə vaxt?" adlı intellektual oyun keçirilib.

Heydər Əliyev ili çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında "Nə? Harada? Nə vaxt?" adlı intellektual oyun keçirilib.

23 Dekabr 2023, 15:39 Tədbirlər

Heydər Əliyev ili çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında "Nə? Harada? Nə vaxt?" adlı intellektual oyun keçirilib.



Heydər Əliyev ili çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında "Nə? Harada? Nə vaxt?" adlı intellektual oyun keçirilib.


Dekabrın 23-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində Azərbaycan Texniki Universitetində ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında "Nə? Harada? Nə vaxt?" adlı intellektual oyun keçirilib. Yarışdan əvvəl Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışın sualları “3 sual.az platforması” təşkilatının texniki dəstəyi ilə münsiflər heyəti tərəfindən oyunun qaydalarını izah etdikdən sonra elan edilib.Yarışın yekun nəticələrinə görə, Kaspi Universitetinin komandası 1-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası 2-ci, Azərbaycan İlahiyyat İnstitutunun komandası isə 3-cü yerə layiq görülüb.