Yasamal rayonunun ictimaiyyəti 20 yanvar şəhidlərini anıb

Yasamal rayonunun ictimaiyyəti 20 yanvar şəhidlərini anıb

20 Yanvar 2023, 16:00 Tədbirlər

Yasamal rayonunun ictimaiyyəti 20 yanvar şəhidlərini anıb



Yasamal rayonunun ictimaiyyəti 20 yanvar şəhidlərini anıb

20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar paytaxtn 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin,millət vəkillərinin,YAP Yasamal rayon təşkilatının sədrinin, bələdiyyə üzvləri və qulluqçularının və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri, ziyalılar və şəhid ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə ehsan süfrəsi açılıb.Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.