Yasamal bələdiyyəsinin təşkilatçılğı ilə xalq artistinin oğlu dəfn edilib

Yasamal bələdiyyəsinin təşkilatçılğı ilə xalq artistinin oğlu dəfn edilib

6 May 2023, 13:17 Tədbirlər

Yasamal bələdiyyəsinin təşkilatçılğı ilə xalq artistinin oğlu dəfn edilib



Yasamal bələdiyyəsinin təşkilatçılğı ilə xalq artistinin oğlu dəfn edilib

Mədəniyyət Nazirliyinin təşəbbüsü, Yasamal RİH-in dəstəyi və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə böyük sənətkar, xalq artısti Siyavuş Aslanın oğlu Çingiz Aslan bu gün Yasamal qəbiristanlığında, anasının yanında torpağa tapşırılıb. Bu barədə məlumat Yasamal bələdiyyəsindən daxil olub.Dəfn prosesiylə bağlı bütün məsələlər Yasamal bələdiyyəsi tərəfindən həyata keçrilib.Vida və dəfn mərasimində Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin teatr sektorunun müdiri Vəfa Novruzova, Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarını icra edən İlham Əsgərov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur,   Yasamal RİH-in və Yasamal bələdiyyəsinin məsul vəzifəli şəxsləri iştirak edib.  Dəfn mərasimində xalq artıstinin  oğlu Eldar Aslan və qohumları iştirak ediblər.

Allah rəhmət eləsin.