İdmançılarımız Yasamal Bələdiyyəsi tərəfində mükafatlandırılmışdır

İdmançılarımız Yasamal Bələdiyyəsi tərəfində mükafatlandırılmışdır

6 May 2024, 15:00 Tədbirlər

İdmançılarımız Yasamal Bələdiyyəsi tərəfində mükafatlandırılmışdır



İdmançılarımız Yasamal Bələdiyyəsi tərəfində mükafatlandırılmışdır


Gürcüstan Respublikasının Qori şəhərində 06-08 aprel tarixlərində keçirilən karatenin (WKF) növü üzrə Beynəlxalq yarışda iştirak edən 6 nəfər rayon İdmançımızla Yasamal Bələdiyyəsinin inzibati binasında görüş keçirilmişdir.Tədbiri giriş sözü ilə açan bələdiyyə sədri Tahir Məmmədov Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun və öz adından idmançılarımızı qələbə münasibətilə təbrik etdi,onlara növbəti yarışlarda uğurlar arzuladı.İdmançılarımızdan 2 nəfəri qızıl medalla,2 nəfəri gümüş medalla və 2 nəfəri isə bürünc medalla təltif olunmuşlar.Tədbirdə iştirak edən Bakı şəhər,  Gənclər və idman idarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov və məşqçi Tərlan Cavadov göstərilən diqqət və qayğıya görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda idmançılarımız Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşlar.