Şəhid Rövşən Nurzadənin şəhadətinin üçüncü il dönümündə əziz xatirəsi yad olunub

Şəhid Rövşən Nurzadənin şəhadətinin üçüncü il dönümündə əziz xatirəsi yad olunub

13 Noyabr 2023, 15:06 Tədbirlər

Şəhid Rövşən Nurzadənin şəhadətinin üçüncü il dönümündə əziz xatirəsi yad olunub



Şəhid Rövşən Nurzadənin şəhadətinin üçüncü il dönümündə əziz xatirəsi yad olunub


İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi baş leytenant Nurzadə Rövşən Əli oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov,YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları,şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Nurzadə Rövşən Əli oğlu şəhadətindən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!