Şəhid XTQ-nin kapitanı Nurlan Mustafayevin şəhadətinin üçüncü il dönümündə əziz xatirəsi yad olunub

11 Oktyabr 2023, 11:39 Tədbirlər

Şəhid XTQ-nin kapitanı Nurlan Mustafayevin şəhadətinin üçüncü il dönümündə əziz xatirəsi yad olunub

Şəhid XTQ-nin kapitanı Nurlan Mustafayevin şəhadətinin üçüncü il dönümündə əziz xatirəsi yad olunub

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun şəhadətinin üçüncü ildönümündə məzarı ziyarət olunub. Yasamal Rayon İcra Hakimiyyəti,Yasamal Bələdiyyəsi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.