Yasamal rayonunda şəhidlərimiz anım günündə yad edilib

Yasamal rayonunda şəhidlərimiz anım günündə yad edilib

27 Sentyabr 2022, 13:32 Tədbirlər

Yasamal rayonunda şəhidlərimiz anım günündə yad edilib



Yasamal rayonunda şəhidlərimiz anım günündə yad edilib

27 sentyabr Anım Günü Yasamal rayonunda geniş şəkildə qeyd edilib.Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib.Öncə ictimaiyyət nümayəndələri Anım Günü çərçivəsində Yasamal rayonunda agacəkmə aksiyası keçiriblər. Rayon rəhbərliyi və şəhid ailələrinin, bələdiyyə üzvlərinin və qulluqçularının iştirak etdiyi ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib. Daha sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib.Şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Daha sonra saat 12.00-da ümumölkə aksiyası çərçivəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Yasamal rayonu ictiamiyyətinin nümayəndələri Təzə Pir məscidində ehsan mərasimində bir araya gəliblər.Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.