Yasamal rayonunda Anım Günü qeyd edilib.

Yasamal rayonunda Anım Günü qeyd edilib.

27 Sentyabr 2023, 14:49 Tədbirlər

Yasamal rayonunda Anım Günü qeyd edilib.



Yasamal rayonunda Anım Günü qeyd edilib.


27 sentyabr Anım Günü bütün ölkə ərazisində olduğu kimi Yasamal rayonunda da geniş şəkildə qeyd edilib.Bununla əlaqədar Yasamal rayon ictimaiyyəti öncə Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Memorial Kompleksinin önündə toplaşdı. Burada dövlət himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib,şəhidlərin ruhuna dualar oxunub. Məzarları önünə gül dəstələri qoyulub.Təzə Pir məscidində ehsan süfrəsi açıldı.Şəhid ailələrinin üzvləri və yaxınları qazilər və ictimaiyyət nümayəndələrinin geniş iştirakı ilə mərasimdə Qurandan ayələr oxundu, şəhidlərin əziz xatirəsi yad edildi.