“Təhsildə yaradıcı mühitin formalaşması” mövzusunda tədbir keçirilmişdir

“Təhsildə yaradıcı mühitin formalaşması” mövzusunda tədbir keçirilmişdir

4 Aprel 2024, 14:09 Tədbirlər

“Təhsildə yaradıcı mühitin formalaşması” mövzusunda tədbir keçirilmişdir



“Təhsildə  yaradıcı mühitin formalaşması” mövzusunda tədbir keçirilmişdir


Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi,Azərbaycan İncəsənət məktəbinin layihəsi olan “Təhsildə yaradıcı mühitin formalaşması” Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin Yasamal rayonu 52 nömrəli tam orta məktəbində bağlanış mərasimi keçirilmişdir.Tədbiri 52 nömrəli tam orta məktəbin direktoru Qabil Nəsibov giriş sözü ilə açaraq layihə barədə ətraflı məlumat verdi.Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, məktəb direktorları və təhsil müəssisələrindən dəvət olunmuş qonaqlar iştirak edirdilər. 50 gün,75 akademik saat davam edən”Teatr dərnəyi”nin iştirakçılarının hazırladığı Əbdürrəhimbəy Haqverdiyevin “Vaveliya” və Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsərlərinin motivləri əsasında hazırlanmış tamaşalara baxış keçirildi. Sonda ”Teatr dərnəyi”nin iştirakçılarına sertifikatlar verildi.