Yasamal rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

Yasamal rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

20 Aprel 2024, 15:54 Tədbirlər

Yasamal rayonunda növbəti ağacəkmə aksiyası keçirilib



Yasamal rayonunda növbəti ağacəkmə aksiyası keçirilib


“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.Aksiyada ADSEA-nın, Yasamal Rayon İcra Hakimiyyətinin,Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları iştirak edib. Yaşıllaşdırma tədbirləri çərçivəsində MİDA yaşayış kompleksində,eləcə də Agentliyin idarə və müəssisələrində 1000-dən çox ağac əkilib.Həyata keçirilən aksiya zamanı ərazidə abadlıq işləri aparılaraq,yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib.